Bu gün Şəhid Məmmədzadə Mikayılın mövludu günüdür. AVP Media komandası olaraq şəhidimizin mövludunda iştirak etdik.Və Azərbaycan Vətənpərvərlər Partiyasının sədri Elvin Mahmudzadə şəhidimizin ailə üzvlərinə baş sağlığı verdi.

Mikayıl Məmmədzadə 1994-cü il oktyabrın 10-da Sumqayıt şəhərində anadan olub.2001—2009-cu illərdə C.Səfərov adına 10 saylı tam orta məktəbdə, 2009—2012-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb.2012—2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.