Azərbaycan Vətənpərvərlər Partiyasının sədri Elvin Mahmudzadənin AVP Press-ə verdiyi müsahibə: “Mənim üçün İran İslam Respublikası nə islam ölkəsidi,nə də azad bir respublika.Çünki bir dövlətdə azadlıq və ədalət bərpa olunmayıbsa orada cümuriyyətdən söhbət gedə bilməz axı. Əgər bir hakimiyyətin irəli sürdüyü dini-siyasi-ideoloji xətt onu özünütəcridinə gətirib çıxardırsa,deməli bu İslam da deyil.Axı islam dini dünyada birlik,bərabərlik,barış çağırışları ilə sevilir.Deməli İranı idarə edən “əmmaməli kişilər” orada həm islamı,həm də respublikanı məhv ediblər.Hə,İranda görüntü olaraq “imanlı” islamı və “güclü” respublikanı görmək olar.Əgər sizin üçün islam yalnız kişilərin saqqal saxlayıb əmmamə geyinməyidirsə,qadınların da hicab geyinib ibadət etməyidirsə,mənim üçün bu islam görüntüsüdür!Fars-molla rejimi Azərbaycan Respublikasına yönəlik hədələyici,axmaq fikirləri əksərən Amili adlı “kuklası” ilə səskəndirir.Əksərən xütbələrdə əlinə bir kağız parçası verib,dövlətimiz və millətimiz haqqında sərsəm fikirlər səsləndirən bu “mola” güya özünü “ağıllı” və “islam sevdalısı” kimi göstərir.Dünən Həsən Amiliyə konsept ötürənlər,bu gün özləri “bül-bül” kimi danışmağa başlayıblar.Çünki onlar bu dəfə tam başqa Azərbaycan və azərbaycanlıları gördülər.Artıq Azərbaycan əvvəl ki,kimi zəif və tək deyil.Artıq azərbaycanlılar əvvəl ki,kimi saf və “kor” deyillər.Biz millət olaraq çox gözəl görürük ki,kim bizim dostumuz,kim düşmənimizdir.Biz çox gözəl bilirik ki,islam təkcə saqqal saxlayıb hər cümə xütbədə danışmaqla bitən inanc deyil. İran Prezidentinin administrasiyası Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu desə də,son günlər olanlar bunun tam əksini göstərir.İran və Azərbaycan münasibətlərində gərginliyə səbəb olan təhlükəsizlik məsələlərinin gündəmdə qaldığı müddətdə,İran öz sərhədləri yaxınlığında,xüsusən də Azərbaycanla Türkiyənin hərbi fəallaşmasını narahatlıqla izləməsi diqqət çəkən məsələlərdən biri idi.Azərbaycanda keçirilən Türkiyə-Azərbaycan hərbi təlimləri ardınca İran da Hərbi Dəniz Qüvvələri,Ordu aviasiyası, Hava Hücumundan Müdafiə Qüvvələri,eləcə də Hərbi Hava Qüvvələrinin iştirakı ilə təlim keçirməsi,İran Azərbaycan və Türkiyənin Xəzərdəki təlim-məşqlərinə etirazını bildirməsi buna bariz nümunədi.Partiya sədri kimi bu olanların,İranın səsləndirdiyi etirazların İkinci Qarabağ müharibəsindən sonrakı vəziyyətə reaksiyası kimi qəbul edirəm.Tehranın 44 günlük müharibəyə təsir edəcək gücünün olmaması,regionda “söz sahibi” statusundan çox uzaqda qalması,Azərbaycan KİV-də illərdir ki, İranın Ermənistanla əlaqələrini qınaqlara səbəb olması,onların KİV-in də isə Azərbaycanın İsrail və ABŞ-la əməkdaşlığı bu münasibətlərin daha da gərginləşməsinə səbəblərdən idi.Ümumiyuətlə İranda,Rəisi, Ruhani, Rəfsancaninin yürütdüyü “siyasət” anlamı yoxdur.Xameneyini nə deyəcəksə siyasət o olqcaq.Hal-hazırda da yeni Prezidentlə Ali Dini Rəhbərin mövqelərinin yaxın olduğu bu siyasətin davamlı olacağına şühbə yaratmır. Bu davamiyyətdə hər bir azərbaycanlının diqqətli olmasını və dövlətçiliyimizi sarsıtmaqla məşğul olan,Tehrandakı ideoloji laborotoriyalarda hazırlanmış “fars şovinizmi virusuna” yoluxanlardan özümüzü qorumalıyıq.Bu “virusa” yoluxan insanlar əsasən savadsız və islam dinindən xəbəri olmayanlardı.Şiə dedikdə,İran anlayan “axmaqlardı” və onlar faktiki olaraq Azərbaycan dövlətçiliyinə qarşı Tehran rejiminin buyurduqlarına əməl edənlərdi. Çox təəssüf ki,bu günə qədər İranla aramıZda olan bu “söz” və “informasiya savaşında” lal olan təkcə Qafqaz Müsəlmanlar İdarəsinin rəhbəri ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ və ona tabe olan “saqqalı” kişilər oldu.Ölkə boyu əksər rayon və şəhərlərdə axundluq edən bir “saqqalı kişi” cürət edib İranlı həmkarları Amilə söz deyə bilmədilər.Əslində onların çoxunun Amildən fərqi yoxdu.Onlar düzgün islamı təbliğ etmək əvəzinə boşananlara siyqə,ölənlərə isə quran oxumağa başları qarışıb.Əksəriyyətindən soruşsan İranla Azərbaycan arasında nələr baş verir?Deyəcəklər ki,biz siyasətə qarışmırıq.Amma nədənsə bu axundların böyüyü ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ müharibə bitdikdən sonra hesab edir ki, Azərbaycan şəhidlərinin, qazilərinin, Ordusunun və Ali Baş Komandanının əldə etdiyi qələbəyə görə Azərbaycan vətəndaşları məhz İranın Ali dini liderinə təşəkkür etməlidir.Amma son olanlara heç bir reaksiya verməyən QMİ-nin “ömürlük” rəhbərinin sükutunun pozulacağı an çox maraqlıdı. Nə İrandan qorxamağa dəyər,nə də içimizdəki bəzi belə düşüncəli “islamsevənlərdən”.Çünki bizim dövlətimiz və dövlətçiliyimiz,gücümüz və qüdrətimiz belə saxta “islamşüvənlərin” yox,əsl vətənpərvərlərin əlindədi.Hər birimiz dövlətimizi və dövlətçiliyimizi canımızdan da çox sevməli və belə hallarda diqqətli olub,onu qorumalıyıq.”