Bu gün “Anım Günü” münasibətilə 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması məqsədilə,”Azərbaycan Vətənpərvərlər Partiyasının” üzvləri Sumqayıt Şəhidlər Xiyabanına ziyarət təşkil etdi.Ziyarət zamanı 100-ə yaxın gənc partiyanın təşkil etdiyi “Zəfərin Başlanğıcı” adlı layihədə Sumqayıt şəhərindəki “Göyərçin” abidəsindən Şəhidlər Xiyabanına qədər yürüyüş etdilər.Partiya sədri Mahmudzadə Elvin və partiya üzvləri şəhid ailə üzvləri ilə görüşüb onlara mənəvi dəstək oldular.Sonda şəhidlərimizin ruhlarına dualar oxunub,şəhid ailə üzvləri ilə xatirə fotoları çəkdirildi.