Hüseynov Cavid Hümbət oğlu Tovuz rayonunun Alakol kəndində 12 dekabr 1993-cü ildə anadan olub. Atası Hüseynov Hümbət Hidayət oğlu 1-ci Vətən müharibəsi qazisidir.Anası Çobanova Səringül Əli qızı. Hüseynov Cavid 2001-ci ildə N.Sadıqov adına Alakol kənd orta məktəbinin 1-ci sinfinə gedib. Məktəb illərində çalışqan,bacarıqlı,nümunəvi şagird kimi fərqlənib. Məktəbin ictimai işlərində,tədbirlərdə təşkilatçı şagird kimi yaxından iştirak etmişdir. İdman yarışlarında daim 1-ci olmuşdur. 2011-ci ildə orta təhsilini başa vurmuşdur.2012-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılmış və Sərhəd qoşunlarında müddətli həqiqi hərbi xidmət göstərmişdir.Hərbi xidmət dövründə nizam-intizamlı əsgər olmuş, hərbi hissə tərəfindən nümunəvi əsgər kimi fərqlənmələri olmuşdur.2014-cü ilin dekabrın 2-də 777 nömrəli hərbi hissədə MAHHXHQ-nun hazırlıq kursuna daxil olmuşdur.2015-ci ilin yanvarın 30-da kursu bitirmişdir. 2015-ci ilin fevral ayında 812 nömrəli hərbi hissənin tabor 7-ci bölük 1-ci tağımın snayperi vəzifəsində xidmət etmişdir.2016-cı ilin mayında hərbi hissənin snayper bölüyünün 1-ci tağım 2-ci manqanın manqa komandiri vəzifəsində xidmət etmişdir. 2018-ci ilin yanvarında 379 nömrəli hərbi hissənin snayper bölüyünün 1-ci tağım 2-ci manqanın manqa komandiri vəzifəsində xidmət etmişdir.2019-cu ilin iyulunda 379 nömrəli hərbi hissənin snayper manqasının “baş snayperi”vəzifəsində xidmət etmişdir.2018-ci ilin iyunun 26-da Azərbaycan Respublikasının Prezidenti adından Azərbaycan ordusunun 100 illiyi (1918-2018) Yubiley medalı ilə təltif olunmuşdur. Dəfələrlə Azərbaycanın “Ən yaxşı snayperçi”fəxri fərmanları ilə mükafatlandırılıb,nümunəvi hərbi xidmətlərinə ,yüksək intizamına,döyüş və ictimai-siyasi hazırlığına,cəbhədə atəşkəsin pozulması zamanı düşmənə layiqli cavab verdiyinə görə, hərbidə əldə etdiyi nailiyyətlərinə görə fəxri fərmanlarla təltif olunub. 2018-ci ildə Belarusiyada keçirilən hərbi idman oyunları və “Snayper həddi”Beynəlxalq yarışında iştirak etmişdir.2019-cu ilin yayında yenidən həmin müsabiqəyə dəvət almış orada 21 ölkə içərisində fərdi qarşılaşmada 1-ci ,ölkə olaraq 2-ci yeri tutmuş,Azərbaycan bayrağını yüksəklərə qaldırmışdır. Bu yarışda sertifikat və medalla təltif olunmuşdur. Belarusiyadan qayıtdıqda mərhum Generalımız Polad Həşimovun qəbulunda olmuş,generalın şəxsi qol saatı ilə mükafatlandırılmışdır.Hüseynov Cavid 2020-ci ilin yayında kiçik çavuş rütbəsi ilə X.T.Q. kursunu müvəffəqiyyətlə bitirmiş və X.T.Q. sıralarına qəbul olmuşdur. Cavid Hüseynov vətənpərvərliyi,qorxmazlığı,mətinliyi ilə Milli Orduda olduğu kimi X.T.Q.-də də xüsusi iz qoymuşdur. Müharibənin ilk günündən cəsur döyüşçü olaraq döyüşlərə atılmışdır.Müharibənin ən şiddətli yerlərində-Füzuli,Qubadlı,Cəbrayıl,Zəngilan,Hadrut ,Xocavənd uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıqlar göstərmişdir.Dünyanın ən güclü snayperçilərindən biri olan Cavid Hüseynov döyüşlərdə 200-dən artıq erməni dığalarını məhv etmiş ,çoxlu sayda silah-sursatlarını qənimət kimi ələ keçirmişdir.Döyüşlərin birində Cavid özü yaralı halda yaralı tabor komandirini 6 saat təkbaşına qorumuş,13 ermənini məhv etmiş və komandirini təxliyyə etmiş, yenidən yaralı-yaralı döyüşə qayıtmışdır. Cavid yalnız Şuşaya girə bilməmişdir.Qələbə arzusu ilə yaşayan,düşmənlərə kəskin nifrət bəsləyən,”gələcək nəsillərə bütöv vətən verəcəyik”deyən qəhrəmanımız 28 oktyabr 2020-ci ildə Xocavənddə qəhrəmancasına şəhid olmuşdur. Şəhidlik zirvəsinə ucaldıqdan sonra Cavid Füzuli,Cəbrayıl uğrunda,Vətən uğrunda medalları ilə təltif olunmuşdur.(Cavid Hüseynov ailənin tək oğlu olub)