XXI ƏSRIN GƏNCİ! XXI əsrin gənci deyiləndə ağlımıza texnologiyaya bağlı,az ünsiyyətcil, fiziki işlə demək olar ki, məşğul olmayan insan gəlir.! Amma hər birimizin baxış açısı fərqlidir. Elə məhz həmin XXI əsrin o gəncləri «2 ci Qarabağ» müharibəsində iştirak etdi Bəli, bəli! Elə sizin fikirləşdiyiniz həmin o gənclər. Və onların sayəsində biz Qarabağımızı aldıq. Müharibə ərəfəsində neçə gəncimiz şəhid oldu, neçə Azərbaycan gənci Qazi oldu. Bəs necə oldu? Axı biz gənclərimizi hazırki dövrdə mərd, comərd görmürük. Demək ki, hər bir Azərbaycan Gəncin ruhunda « Vətən sevgisi» var, və əvəz olunmazdır.! Sadəcə olaraq gənclərimizi neqativ düşüncələrlə yormamalı, əksinə pozitiv düşünmələrinə kömək etməliyik.

İmza: Davidova Nuranə. AVP-GB vətənpərvərlik mədəniyyəti klubunun rəhbəri.