🍁🖇Mən yazar deyiləm..
Unutma, həyatda hər kəs səhv edə bilər.Çox səhv var ediləcək,sən eyni səhvi etmə! Səhvlərindən nəticə çıxarmağı öyrən! Səhv doğruya gedən yolun açarıdır,açmaq isə sənin öz əlindədir…
Mən gələcəkdəki mən’i görürəm.Sadə,sakit bir həyat…Gəzmək istədiyim ölkələri gəzirəm…Bir tərəfdən müəllimlik edib,bir tərəfdən də yazıçı kimi fəaliyyət göstərirəm.Tək bununla da bitmir.Hələ çox şey görürəm.Bəzən düşünürəm:”Bəs bunların hamısı olsa, sonra nə olacaq?”.Cavabım isə belə olur:”Yeni arzular və yeni istəklər…”
Mən yazar deyiləm…Bəli,hər kəs kimi mənim de özümə məxsus düşüncələrim var.Amma inandığım bir şey də var:”Hər kəs istəsə yazar da ,müəllim də ola bilər”.Bu gün kiçik bir məqalə və ya bir gündəlik yazıramsa , çox çalışaraq və inanaraq gələcəyin “Yazar”ı ola bilərəm.Çünki uğur arzu edilərək deyil,çalışaraq əldə olunur.
Mən yazar deyiləm…Amma həyatımı mən yazıram! Gələcəyimlə bağlı qərarları mən verirəm .Heç kimdən bir şey gözləmədən,gələcəyə inanaraq yazıram.Möcüzələrə çox da inanmıram, amma qələmim mənim möcüzəmdir!
Mən yazar deyiləm…