Bir il oldu cənab General!Həmin gün heç vaxt yadımdan çıxmaz.Bir tanışım mənlə əlaqə saxlayaraq “Polad Həşimovu Sumqayıta gətirirlər” dedi.Təxminən saat 17:00 olardı.Generalımızın yaşadığı ünvanı soruşub,ora üz tutdum.Artıq deyilən məkana çatmağıma bir qədər yol qalmış,insan izdihamından,maşınların çoxluğundan irəliləyə bilmədim.Maşını uyğun bir yerdə saxlayıb piyada deyilən ünvana yola düşdüm.Uzaqdan gənclərin səsləndirdiyi şüarlar insanda elə bir hiss yaradırdı ki,oradan cəhbəyə,düşmanla döyüşüb,qisas almağa səsləyirdi.Düzü insanların sıxlığından tam olaraq şəhidimizin yaşadığı binaya yaxınlaşa bilməsəmdə durduğum yerdən gedişatı izləyə bilirdim.3saat gözlədikdən sonra kostyumlu bir şəxs uca səslə insanlara səsləndi ki,”Generalı Qəbələdən bir başa 2ci Fəxri Xiyabana aparacaqlar.Burada gözləməyə dəyməz”.Bu səs ora yığışan minlərlə insanı çox qəzəbləndirdi.Çünki hamı Generalın yolunu gözləyirdi.Hamı sonuncu dəfə onunla vidalaşmaq istəyirdi.Amma bu pis xəbər dəfələrlə səsləndikdən sonra insanlar müxtəlif şüarlar səsləndirərək,Generalı sona qədər gözləyəcəklərini məsul şəxslərə çox aydın bildirdilər. Şüarlar yenə səslənirdi.Arada sakitlik olsa da Səmayə ana eyvana çıxan kimi həyətə yığışan minlərlə gənclər elə bir səslə anaya mənəvi dayaq olurdular ki,insan özünü saxlaya bilmirdi.Orada bütün hisləri yaşadım.İtgi,qazanc,hüzün,sevgi,qorxu,mərdlik ən əsası qisas hissi! İnsanlar azalmırdı,getdikcə gələnlərin sayının artdığını görmək olardı.Ağacların budaqlarında,maşınların,hasarların üzərində insanlar əllərində üç rəngli bayraqlarla Generalını gözləyirdi.Hamı hiss edirdi ki,General onun üçün yığışan minlərlə vətənpərvərləri görmədən,sağollaşmadan haqq dünyasına yola düşə bilməzdi.Belə oldu.Artıq gecə 12 olardı və bildirdilər ki,”General Sumqayıta daxil oldu”.Mən çox çətinliklə olsa da Generalın yaşadığı binanın sonuncu blokunun yanında dayanmağa nail oldum.Ani olaraq o izdihamlı kütləyə süküt çökdü.Binanın sağ tərəfində insanlar aralanmağa və təcili tibbi yardım maşınının Generalın yaşadığı binanın blokuna yaxınlaşmasına şərait yaratdılar.Heç kim danışa bilmirdi.Birdən bir gənc oğlan uca səslə: “Şəhidlər ölməz,vətən bölünməz” deyə uca səslə qışqırdı. Bu səs ora yığışan insanları sanki ayıltdı.Hami birdən bu şüarı səsləndirməyə başladı.Allah şahiddir ki,səsdən sanki ayağımın altındakı asfaltın yarılacağını hiss edirdim.O an yaşadığımı sözlərlə ifadə etmək mümkün deyil.İlk dəfə olaraq cəmiyyətin bütün kəsimlərindən orada adamları gördüm.Hamı öz telefonu ilə eyvandan,həyətdən generalın son gəlişini və gedişini çəkirdi.Sanki Generalın gəlişi hər tərəfi aydınlatdı və tərpənən telefonlardakı işıqlar çox qəribə bir görüntü yaratmışdı.Orada ağlamayan insan yox idi.Bu gün Sumqayıt Şəhidlər Xiyabanında uyuyan 10-larla şəhidlərimiz də orada göz yaşlarını saxlamıyaraq,şüarlar səsləndirirdilər.Orada şüar səsləndirmiyən,digər şəhidlərimizin ürəyi isə Generalımızın tabutunun gətirildiyi məhlədə idi.İnsan izdihamından təcili tibbi yardım maşınından Generalın tabutunu çıxarmaq mümkün deyildi.İnsanlar maşından Generalın tabutunu çıxararaq yaşadığı binanın 4cü mərtəbəsinə qaldırdılar. Şəhidin Generalı,əsgəri olmaz!Qalibi,məğlubu olmaz!Amma hər şey Polad Həşimovla başladı!Bu gündə onun adına verilən ehsan süfrəsi,həyətində açılan barelyef,adına verilən küçənin açılışına insanlar sevə-sevə gəlmişdi.İzdiham var idi.Bu dəfə fərqli idi.Çünki indi qisası alınmışdı!Qisasını isə onun şəhid olmasına dözə bilməyib,düşmənlə üz-üzə gələn əsgər və zabit heyyəti aldı!O,şəhid olduğu gün bütün Azərbaycanın qeyrətli bacı və qardaşları öz sahələrində onun əsgəri oldu!Hər kəs onun qisasında iştirak etməyi özünə borc bildi və borcunu ödəməyə çalışdı.Allah bütün şəhidlərimizin ruhunu şad eləsin.Cənav General Polad Həşimov bir zamanlar qisasını aldığı qəhrəmanlarla və onun qisasını aldıqları mərd və qeyrətli əsgər,zabitlərlə haqq dünyasında bir yerdədilər.Rəbbim onları sevdikləri və onları sevənlərlə zamanı çatdıqda qovuşdursun.