Millətimizin şəhid oğlu! Sənin canında vətən sevgisi , sabahın gur gənclik həvəsi var. Çünki bu sənə “Vətən uğrunda” deyib irəli addımlayan, ərazi bütövlüyümüzün bərpası üçün qəhrəmancasına şəhid olan atan Ramiq Mikayılovun əmanətidir. Sənin bu əmanətə gözün kimi sahib çıxacağından adımız kimi əminik. Sənin ruhun bu cür püxtələşmiş, sevgin bu cür yoğrulmuşdur. Bu gün ölüm yox , şəhadət var! Qoruduğun torpaq yox müqəddəs Anandır. Sən də bu amalla gələcəyə əmin addımlar ataraq, hər yeni yaşında bir daha qürur hissi ilə anıb, vətənin keşiyində məğrur dayanacaqsan. Sən bizə Şəhidimizin əmanətisən. Hər gələn yeni yaşını qeyd edən də məhz Qarabağda o sevinc və fəxr hissi ilə qeyd edəcəksən. Bizdə Azərbaycan Vətənpərvərlər Partiyası adından gələcək yollarının bir-birindən parlaq, qəlbinin işığının isə hər ötən gündən daha məğrur saçması diləyi ilə sevgilərimizi çatdırırıq, İgid Ağa!