Hər bir dövlətin gələcəyi onun gənc nəslidi.Gəncliyimiz nə qədər savadlı,tərbiyyəli,əxlaqlı,vətənpərvər olacaqsa,sabahımız bir o qədər aydın olacaq.Azərbaycan gəncliyi hər zaman dövlətimizin maraqlarını qorumaqda öz üzərinə düşən məsuliyyəti dərk edərək bu prosesdə aktiv fəaliyyət göstərmişdir.Dövlətimiz də Azərbaycan gəncliyini hər zaman qiymətləndirib,onun inkişaf etməsinə,böyüməsinə,səsinin ucalmasına öz dəstəyini verib.Sirr deyil ki,Azərbaycanın inkişafının qarşısını almaq istəyən qüvvələr saysızdır.Bura həm içimizdəki antimilli qüvvələr,həm də xaricdən bizi gözü götürməyən dövlətləri ait etmək olar. Bir dövləti məhv etmək istəyirsənsə onun gəncliyini məhv etmək lazımdır.Bu günlərdə sosial şəbəkələrdə gəncliyimizin sürətlə məhv olmasına səbəb olacaq,narkotik vasitələrdən istifadə edən insanların görüntüləri hamı kimi mənədə çox pis təsir etdi. Əslində belə görüntüləri canlı olaraqda dəfələrlə yaşadığım şəhərdə,Sumqayıtda şahidi olmuşam.Tanıdığım onlarla mərd,savadlı,idmanla ciddi məşğul olan oğlanların narkotik istifadəçisi olduğunu biləndə çox təəccüblənirdim.Sanki çox işıq sürətilə bu bəla şəhər və rayonlara yayılmaqda idi.Hal-hazırda qarşısını almaq çətin görünsədə,düşünürəm ki,hüquq mühafizə orqanları bu bəlanın üzərinə ciddi düşərsələr və ilanın quyruğunu yox,başını əzməkdə qərarlı olarlarsa ölkə olaraq bu bəladan qurtara bilərik.Hüquq mühafizə orqanları pandemiya zamanı masqa taxmayanlara və toy,nişan edənlərə qarşı görsətdikləri fəaliyyəti burada da tətbiq etməlidirlər.Mən əminniklə deyə bilərəm ki,hər şəhərdə bu bəlanı yayan şərəfsiz və namussuzları hüquq mühafizə orqanları mütləq ki,tanıyır.Tanımırsa belə onların yerlərini və kimliklərini tapmaq onlar üçün heç də çətin deyil. Vaxtilə bu problemə diqqət yetirilməməsi, ictimai təhlükəliliyinin lazımi dərəcədə qiymətləndirilməməsi nəticəsində narkomaniya yoluxucu xəstəlik kimi insanlar, xüsusən də gənclər arasında yayılmış, öz ərazisini genişləndirmiş, yaşadığımız dünyanı dağıtmaq səviyyəsinə qədər gəlib çıxmışdır.Millətin sağlam həyat tərzi üçün təhlükənin yaranması narkotik maddələrin qəbulu və narkomaniyanın yayılmasıdır. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyata qarşı laqeydlik yaradır. Narkomaniya orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların qaraciyər və böyrəyin zəhərlənməsinə səbəb olur. Bu səbəbdən narkomanlar içərisində ən geniş yayılmış xəstəlik hepatit və QIÇS xəstəliyidir. Narkomanlıq cinayətkarlıqla və sosial kənarlaşmaların digər növləri ilə sıx əlaqədardır. Narkomanlar arasında aparılan araşdırmalar göstərir ki, narkomanların çoxu gec-tez cinayətkarlıq yoluna qədəm qoyurlar. Məhkum olunmuş narkomanlardan rəyi soruşulanların çoxu narkotik maddə almaq üçün oğurluq etmişlər. Narkomanlar arasında ictimai qaydalar və ictimai təhlükəsizlik əleyhinə cinayətlərin xüsusi çəkisi yüksəkdir, həmin cinayətlərin böyük bir qismi xuliqanlığın payına düşür. Narkomanların törətdikləri cinayətlərin bir hissəsi narkotik aclıq vəziyyətində edilir, lakin həmin şəxslər narkotik maddələrin təsiri altında heç də az təhlükəli deyillər. Narkomanların adam öldürməsi və sair ağır cinayətlər törətməsi hallarına kifayət qədər rast gəlmək olar. Aydın şəkildə görmək olur ki,narkomaniya və narkobiznez təhlükəli cinayətdir.Bu işə əl atanlar ciddi cəza çəkməli və islah olunduqdan sonra cəmiyyət içinə buraxılmalıdır.Bu cinayət ilə təkcə hüquq mühafizə orqanları yox həm də millət olaraq mübarizə aparmalıyıq.Belə olan halda mübarizəmizin nəticəsi olacaq.Dövlət olaraq,millət olaraq nəticəmiz isə gələcəyimizin daha sağlam və daha güclü olması olacaq.