2 iyul tarixində”Varis Şəhid Ailələri Və Qazilərə Qayğı “İctimai Birliyinin təşkilatçılığı ilə “Sosial Pəncərədən Vətənpərvərliyə Baxış” adlı konfrans baş tutdu.
Konfransın xüsusi dəvətliləri -Həkim  Rəşid Mahmudov, Azərbaycanlı aktyor, Respublikanın Əməkdar artisti (2002), “Qızıl qılınc” mükafatı laureatı  Ağalar Bayramov,  Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı , Şəhid Sübah Abdurrahmanlının anası Mehriban Abdurrahmanlı ,  Şəhid Həşimli Cəmilin anası Simuzər Həşimli, səsi ilə qəlbləri oxşayan Xəzər Süleymanlı , “Varis Şəhid Ailələri Və Qazilərə Qayğı “İctimai Birliyinin sədri Elvin Mahmudzadə , Şəhid Vüsal Allahverdiyevin əmisi Mahir Allahverdiyev , Qazi Bahadur Talıbov , Sosial media rəhbəri Kamil İslamov , Şəhid Ramiq Mikayılovun oğlu Ağaseyid Mikayılov və Azərbaycanın ən gənc Qeyri-hökumət təşkilatı təsisçisi Natəvan Rüstəmova çıxış etdilər .