Azərbaycan Vətənpərvərlər Partiyasının “Şəhid Ailələri və Qazilərə Qayğı” departamentinin rəhbəri, həmçinin VARİS “Şəhid Ailələri və Qazilərə Qayğı” ictimai birliyinin idarə heyətinin üzvü, həm Aprel döyüşlərinin, həm də ikinci Qarabağ müharibəsinin iştirakçısı Qazi Bahadur Talıbov, ölkə başçısının əmri ilə “Cəsur Döyüşçü” medalı ilə təltif olundu.Bununla yanaşı qazimizim döyüşlərdə göstərdiyi şücaətə görə, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilədə təltif olunub.AVP komandası adından qazimiz Bahadur Talıbova bundan sonrakı həyatında uğurlar arzulayırıq!