Mübariz qısa ömür yaşasa da canını vətən yolunda fəda etməsi ilə özündən sonra böyük bir igidlik, mübarizlik məktəbi qoydu. İndi hər bir azərbaycanlı onun mübarizə dolu həyatı ilə fəxr edir.O, xidmət etdiyi cəbhənin Tərtər istiqamətində düşmənin işğalı altında olan Çaylı kəndindəki erməni qərargahına girərək əsl bir cəngavər kimi 5 saat təkbaşına döyüşüdü. Ermənilər əvvəlcə elə zənn edirlər ki, onlara qarşı Azərbaycan ordusu hücuma keçib. Gecənin qaranlığında çaşbaş qalan düşmən Azərbaycan əsgərinin göstərdiyi bu şücaətin qarşısında ağır itkilər verir. Düşmən bir neçə saat davam edən bu döyüşə əlavə qüvvə cəlb edir. Elə bu amansız döyüşdə Mübariz İbrahimov qəhrəmancasına şəhid olur.Mübarizdə olan Vətən, torpaq sevgisi, vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. O, öz şərəfli ölümü ilə, öz qəhrəmanlığı ilə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut etdi.
Mübariz ölumün gözünə dik baxaraq, Vətən sevgisinin heç nə ilə əvəz olunmadığını bir daha sübut etdi.Bu şücaəti ilə Mübariz Azərbaycan gəncliyinə başucalığı gətirdi. Bu gün hər bir gənc Mübariz qəhrəmanlığından örnək alır, nümunə götürür.Təhsil müəssisələrimizdə şagirdlərimizə Mübariz vətənpərvərliyi aşılanır.Hərbi xidmətə yola salınan gənclərimizə vətəni necə qorumağı Mübarizdən və digər qəhraman əsgərlərimizdən öyrənmələri təbliğ olunur.
Mən 2019cu ildə Mübariz İbrahimovun anım günü münasibətilə Biləsuvar rayonunun Əliabad kəndində,igidimizin evində olduğum zaman, partiyamızın keçmiş sədri və təsisçilərindən olan Fərman Məmmədov mənə bu evdə,bu ziyarətdə “Azərbaycan Vətənpərvərlər Partiyasının” sədri olmağımı xahiş etdi.İlk xeyir duamıda Milli Qəhrəmanımızın atası Ağakərim dayıdan aldım.Elə orda da partiyamızın şüarını “Vətən Mübarizlərindir!” deyə düşündüm.
Doğurdan da bu vətən,Mübariz kimi qeyrətli, vətənpərvər,mərd insanlarındır.Bizlər də hər zaman bu igidlərin bizə əmanətlərinə göz bəbəyi kimi sahib çıxmalıyıq.

AVP sədri – Elvin Mahmudzadə