Bu gün, vətən yolunda 1-ci Qarabağ döyüşləri zamanı şəhid olmuş Aslanov Vidadi, Aslanov Xəqani və Aslanov Hasilin ailə üzvləri olan Aslanov Sadiq və Aslanov Musavi bəy ilə Azərbaycan Vətənpərvərlər Partiyasının həmçinin Varis ” Şəhid Ailələri Və Qazilərə Qayğı” İctimai Birliyinin sədri Elvin Mahmudzadə arasında görüş baş tutdu. Qonaqlarımızla söhbət zamanı şəhidlərimizin həyat yolu, qəhramanlıqları ilə yaxından tanış olduq.