10 noyabrdan bu günə kimi bu xalqın vətənpərvər kütləsinin nə üzü gülür, nə də gələcəyə inamı qalıb. Düzdü, vətənpərvərlər hər mövzuda, çatışmamazlıqda, inamsızlıqda birinci dövlət mənafeini üstün tutaraq problemlərin həllinə yollar axtarmışdır.Qalib ordunun şəhid olan qəhrəmanlarının ailə üzvlərinə olan hörmətsizlik, qalib ordunun sağ, amma şikəst geri dönən qəhrəman qazilərinin alçaldılmasını təşkil edənlər kimlərdir? Radikal müxalifət? Avropadan söyüş söyənlər? İrəvanda oturan ermənilər? Yoxsa massonlar? Niyə biz qalib xalqın nümayəndələri kimi ürəkdən sevinə bilmirik? Niyə biz bu qalibiyyəti bizə yaşadan şəhidlərimizin ailə üzvlərini, qazilərimizi şad edə bilmirik? Onlara sahib çıxa bilmirik?Müharibə bitibsə, erməni milləti məğlub olubsa, ordusu məhv edilibsə, 10 noyabrdan bəri bu qədər itirdiyimiz oğulları kim şəhid edib? 10 noyabrdan bu günə qədər əynində Azərbaycan forması, xidməti zamanında dünyasını dəyişən, amma şəhidlik statusu verilməyən, müharibədə düşmənə qan uddursa da adi bir ölüm kimi qeydiyyata salınan oğulları kim öldürüb? Bu iki faktla adiyyatı olan şəxslər cəzalandımı? Bəlkə bu ciddi mövzuları dövlətin özəl kanallarında işıqlandırdığını gördünüz? Nə baş verir ölkədə?44 günlük müharibədə hər sahədə yanımızda olan Türk dövlətini layiqincə qiymətləndirə bildikmi? Hər zaman bizim millət olaraq, dövlət olaraq böyüməyimizə, inkişaf etməyimizə hər cür maniə yaradan Rusiya dövlətinə lazımi sözlərimizi, fikirlərimizi bilditə bildikmi? Yoxsa Rusiya böyük dövlətdir? Güclü ordusumu var? Bu cür səbəblər gətirən “kişilər“ yəqin ki, xanımı ilə küçədə gəzəndə ondan cüssəli, güclü bir kişinin onun qeyrətinə, namusuna sataşdıqda, bu kimi səbəblər gətirərək başını aşağı salıb yoluna davam edir. Yaxşı, deyək ki, Rusiya böyük və güclü dövlətdir. Bəs balaca və gücsüz Ermənistan? Məğlub olan bu xalqla niyə belə səbirli davranırıq? Yanında böyük dövlətlərmi var? Bəs niyə bizim yanımızda yoxdur?44 günlük müharibədə regionun ən güclü dövləti biz idik. Çünkü, Türkiyə və Pakistan hər zaman bizim yanımızda olacaqlarını dedilər, Gürcüstan və Ukrayna bizə bölgəmizdə lazımi dəstək oldular, İsrail bu qələbənin ən əsas səbəblərindən biri oldu. İtaliya, Böyük Britaniya dostluğu və s. Buna görə biz Qafqazın ən güclü milləti və dövləti olduq. Dostumuzu düşmənimizdən ayıra bildik. Bu cür güclü dövləti necə zəiflətmək olardı?Bütün bu müttəfiqləri, dostları bizdən ayırmaq lazım idi, gücsüz və təklənən dövlətin daxilində isə şəhid ailə üzvlərinə, qazilərə olmazın hörmətsizliyini edərək, təsir dairəsinə salaraq, yenidən kölə kimi idarə etmək.İran bəzi silahları Fələstina sataraq, İsraili bombalatdırdı. Bu zaman Azərbaycanda xalq iki yerə bölündü: İsrailçilər və İrançılar. Həmin raketlə biz bölünə bildikmi? Qardaş ölkə ilə aramızda az da olsa problem oldumu? Gürcüstanda svan milləti ilə aramızda dava oldumu? Bəs bunlar səbəbsizmi oldu? Bizə təsiri olmadımı? Bu olanlara qarşı Azərbaycan diplomatiyası nə etdi? 44 günlük müharibədən sonra diplomatiyamızın hansı uğuru, hansı nailiyyəti oldu? Olmayacaq da! Daxildəki erməni qanı daşıyanlar tutduğu vəzifələrdən getməyincə hec nə də olmayacaq.İşlək yola, təminat yoluna sonradan mina basdırılacaq və həmin minaya görə 3 həmvətənimiz şəhid olacaqsa, Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Prakrorluq ümumi bəyanat yayacaqlarsa, günahkarlar cəzalanmayacaqsa gələcəyə ümüdümüz olmayacaq!Hamı mina xəritəsi istəyir. O mina yeni basdırılıb. Özünüzü, xalqımızı niyə aldadırsınız? Xarici İşlər Naziri Ceyhun Bayramov Ermənistana çağırış edərək mina xəritəsini istəyir. Bu nə üslubdur? Qalib ölkənin Xarici İşlər Nazirinin diplomasiyası belə zəif olanda danışıq üslubu da belə gülünc olacaqdır.

AVP sədri – Elvin Mahmudzadə