Bu gün Varis “Şəhid Ailələri Və Qazilərə Qayğı” İctimai Birliyinin təsis olunmasına dair qurultay keçirildi.Qurultay açıq elan edilmədən öncə, Şəhidlərimiz bir dəqiqəlik  sükutla yad olundu və ardı ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra ardıcıl olaraq, İdarə heyətinin üzvləri çıxışlar etdilər .Tədbirin aparıcısı Nəzrin Tağızadə , tədbiri açıq elan etməsi üçün sözü Elvin Mahmudzadəyə verdi.Daha sonra Natəvan Rüstəmova, Şəmistan Əlizamanlı , Bahadur Talıbov və Kənan Xəlilov ardıcıl olaraq , çıxışlarını səsləndirdilər.Tədbirin gedişatı zamanı , Kürdəmir şəhidi Həşimli Cəmilin anası Simuzər xanım, Xüsusi Təyinatlı Baş Leytetant Neymətov Ceyhunun atası Etiqat Bəy, Qazi Ehtiyatda olan Baş Leytenant Əli Əlisoy da çıxış etdilər.Tədbirin sonunda isə Şəhid ailələrindən hazırlanmış,  xeyir -dua məzmunlu videoçarx təqdim olundu.Daha sonra qurultay iştirakçıları ilə  xatirə şəkili çəkildi və tədbir haqqında fikirlərinə dair müsahibələr götürüldü..