Azərbaycan Vətənpərvərlər Partiyasının sədri , Elvin Mahmudzadə  bu günlərdə Orta Şərqdə baş verən hadisələrlə bağlı öz fikirlərini ictimaiyyətə  təqdim edib.
O deyib : ” Öncəliklə Fələstində qətlə yetirilən insanlar üçün dərindən hüzn keçirdiyimizi bildirməliyəm…Lakin onu da qeyd etmək lazımdır  ki, əgər İsrailin 44 günlük müharibə müddətində Azərbaycana göndərdiyi havadan müdafiə silahları olmasa idi, digər rayonlarımızda olan uşaqların da  aqibəti , Gəncədə həlak olmuş vətəndaşlardan heçnə ilə fərqlənməyəcəkdi. Azərbaycanın əksər rayonlarında qalaq-qalaq “Tikili məzarlıqları” olacaqdı..
Bu gün dünya ölkələr arası siyasətinə  nəzər yetirsək görərik ki,  onlar  arasında dostluq , qardaşlıq məsələləri nadirən müşahidə olunur. Dünyaya baxış reallığı isə ondan ibarətdir ki, yaxın ölkələr sadəcə bir -birinin marağının təmin olunmasına səy göstərirlər..Bu məsələdən irəli gələrək vurğulamalıyıq ki, Azərbaycanın dar günündə onun maraqlarını müdafiə edən istənilən dövlətin maraqları bizim üçündə önəmlidir və öncəliyimiz də olmalıdır!”
Biz,Fələstin dövlətindən fərqli olaraq əlləri körpələrin qanına bulaşmışlara qarşıyıq,müharibəyə,günahsız insanların qırılmasına,ölməsinə qarşıyıq.Mənim düşmənimi özünə dost bilən,istənilən müsəlman xalqının maraqlarına qarşıyam!
İsrail həmişə bizə dəstək verib.Təəssüfki Fələstin müsəlman ölkəsi olsada nə əməldə,nə də dildə bizə dəstək göstərmədi.Ona görə də heç bir müsəlman ölkəsinin vətəndaşı və körpələri mənim ölkəmin şəhidindən və günahsız yerə qətl olunan körpələrimizdən üstün deyil.Bizim körpə balalarımız istər Xocalıda,istər də ikinci Qarabağ döyüşlərində qətl olunanda,Fələstin xalqından səs çıxmadı.Gözlədiyimiz dəstəyi görmədik.