Bugün biz “Gənclərimiz dövlətimizin gələcəyidir” deyirik. Bəs bu cümlə özünü nə dərəcədə doğruldur?
Gənclər bir ölkənin təməlidir. Bəs bir dövlət necə var ola bilər, necə güclü bir dövlət ola bilər gəlin əvvəlcə ona nəzər yetirək.
Gənclərimizin bir qismi onlara lazımi qayğı və diqqətin göstərilməsindən narazıdır. Bəs məsələyə prizmanın digər üzündən baxanda necə? Sizcə gənclərimiz onlara yaradılan şəraitdən maximum səviyyədə istifadə edə bilirlərmi? Uşaq evin güzgüsüdür – Bu məsəl özündə həqiqətləri var edir. Əgər bir ailədə yaşlı nəslin nümayəndələri hər şeydən narazılıq edirsə uşaq da o əqidə ilə formalaşacaq. Problemlərə narazıçılıq göstərmək əvəzinə ortaya iş qoymaq lazım deyilmi sizcə də? Şərait yoxdursa şəraitin yaradılması üçün çalışaq. Bunu etməyə maneə olanlarmı var? Onları olduğu yerdən qovmaq üçün radikal mövqe sərgiləmədən iş ortaya qoyaq.
Cəmiyyət demək sən deməksən. Problem varsa demək sən yaratmısan o problemi və ya yaradılmasına şərait yaratmısan.
Gənclər cəmiyyətin ən güclü təbəqəsidir. Ən bariz nümunə kimi şəhidlərimizi , qazilərimizi göstərə bilərik. Onlar bu vətən üçün canlarını və sağlamlıqlarını fəda ediblər.
Bəs sən nə etmisən? Etməmisənsə nəyi tələb edirsən?

Azərbaycan Vətənpərvərlər Partiyasının Gənclər Birliyinin sədri Toğrul Əhmədov