Bu gün Sumqayıt şəhərində ,  Qarabağ fatehlərinin uyuduğu şəhidlər xiyabanında   Azərbaycan Vətənpərvərlər  Partiyasının təşkilatçılığı və Sumqayıt şəhər İcra hakimiyyətinin dəstəyi ilə  “Qarabağ Azərbaycandır ! “adlı iməcilik baş tutdu.

“Qarabağ Azərbaycandır !”  iməciliyində ,
Şəhid anaları , şəhidliyə gözləri ilə şahid olan Qazilər,   Sumqayıt şəhər icra hakimiyyətinin nümayəndələri və Azərbaycan Vətənpərvələr Partiyasının həmçinin Varis “Şəhid Ailələri və Qazilərə Qayğı ” İctimai Birliyinin sədri və təsisçisi Elvin Mahmudzadə iştirak etdilər.

Tədbir şəhid olmuş qardaşlarımızın məzarlarının ziyarət olunması ilə başlanıldı. Ziyarət əsnasında , Elvin Mahmudzadə və Partiyanın digər vətənpərvər gənclərinin  şəhid anaları ilə  səmimi dialoqu diqqətdən yayınmadı.

Tədbir zamanı , birinci Qarabağ müharibəsi şəhidlərinin məzarları gənc iştirakçılar tərəfindən  təmizləndi və ruhlarına dualar oxundu.

Tədbirin əsas məqsədi , gənclərdə  birinci və ikinci Qarabağ şəhidləri arasında kəskin  fərq qoyulmaması ilə bağlı düşüncə təbliğatının aparılmasından ibarət idi.

Bu gün xiyabana yığışan gənclər haqqında isə sadəcə  bir fikir  səsləndirə bilərik “Onlar bu gün  övladsız qalan məzarlara övlad oldu , eyni ilə o qəhrəmanların vaxtında başsız qalan sərhədlərə sipər olduqları kimi..”

AVP ailəsi olaraq , şəhidlərimizə rəhmət , ailələrinə səbir diləyirik !

    Hörmətlə , AVP mətbuat xidməti

Rüstəmova Natəvan