“Mən ” cəmiyyətdə kimdir?

Yəqin , hər birimiz balacalıqdan ayağına zəncir vurulan bala filin hekayəsini xatırlayırıq.
Filin “mən ” anlayışına nə olmuşdu?!
-Bəli ,onun “mən” gücünü balacalıqdan zəncirlərin arasında əsir saxlanılmışdı…
Bəs İnsan cəmiyyəti ?
Burada doğulan  gənclərin “mən”  ilə bağlı düşüncələri?
Ümumiyyətlə , gəlin görək əslində bu cəmiyyətdə ki,  “Mən ”  kimdir?
-Gözəl sualdır , bu sualı sizlərə ünvanlamadan öncə özüm cavablamaq istərdim..
Sözü gedən “Mən ”  ya bu cəmiyyətdə həqiqətən var ya da yoxdur.Bu varlıqla yoxluq arasında kəskin xətt nə qədər bəlli olsa da, əslində bir ara kəsmədən ibarət materiadır.

O zaman bu reallıqdan bizi uzaq tutan illüziyanın adı nədir?
-SƏSİNİ EŞİTMƏZDƏN GƏLDİYİMİZ “Mənlər ” …
Kənardan “nə? “, ” nə danışır bu ?!” fikirlərini eşidən kimi oldum sanki.

Ancaq bu belədir , dostlar.
Çatmaq istədiyimiz yer buludların üzərində deyil , onu başımızın üstünə qoyan bizik !
Və bu  “ehkam ” dediyimiz  , hal -hazırki  bizi yox, keçmişdə zəncirlənmiş düşüncələrimiz qorxudur.Və beləliklə biz həm məkan həm zaman anlayışımızı şüuraltı olaraq tərk edərərək indi ki zamana bağlanmaqda çətinlik çəkirik.

Fikrimi çox sevdiyim müəllimim dosent Ayna Hacıyevanın sözləri ilə yekunlaşdırmaq istəyirəm ” Göyüzünə baxdığımızda əslində mavi səmanı görsəkdə göyüzündən bizə baxan bizim yeniyetməliyimizdir. Bizi hər zaman hər daim izləyən yeniyetməlik.”
Əsla içimizdə ki , yeniyetməni səsizləşdirməməliyik. Sonu nə olur olsun , mənəvi buxovları aşıb,  mavi göylərdə süzməyi bacaracayıq ! Və yalnız o zaman düşüncəmizdə olan qaranlığı mavi rəngə boyamış olacayıq.

Məqalə müəllifi : Rüstəmova Natəvan / AVP Media Layihə rəhbəri