Gənclik bir cəmiyyətin gələcəyini müəyyən edir. Bəs gəncliyin necə olmasını?
Gəncliyin düşüncə tərzinə və seçiminə hörmət ilə yanaşan orta və yaxşlı nəsil onların gələcək olduğunu çox yaxşı dərk etdikləri üçün belə müsbət yanaşıb, istiqamət verirlər. Gəncliyimizdə bir çoxlarının görmədiyi çox gözəllik var. Müəyyən qədər sizə gəncliyimizin gözəlliyini, korlanmadığını, fəxr edə biləcəyiniz barəsində yazacam.
Bir dəfə müsahibə zamanı orta yaşlı xanımın gəncliyimizə qarşı əvvəl qərəzli olmasından danışması ilə başlamaq istəyirəm. Həmin xanım 44 günlük qəhrəmanlıq tariximiz müddətdə bu düşüncəsinin qərəzli olduğunu, əslində yaxşı şeyləri görməyə başlamağının bir çox yaxşı şeyləri görməsinə şərait yaratmasından danışdı. O bundan sonra gələcəyə çox ümidli olmasınıda qeyd etmişdi. Deməli yaxşı şeyləri görmək üçün şərait yaratmaq lazımdır. Mən bunun üçün zəmn yaradacam.
Həmin gənclik illərlə könlümüzdə yara olan Qarabağa məlhəm oldu. O gənclər arasında şəhid və qazilərimiz var. Könüllü tibbi yardım edən personal var. Biz onlara çox şey borcluyuq. Həmin gəncliyin bir qismi Korona virus ilə mübarizədə könüllü olaraq tibbi yardım göstərirlər. Həmin gəncliyin bir qismi startupları ilə dünyaya səs salıblar. Həmin gəncliyin bir qismi dünyaca məhşur Universitetlərdə təhsil alır, işləyirlər. Həmin gəncliyin bir qismi 44 günlük mübarizəmizdə dünyanın bir çox ölkəsində haqq səsimizi çatdırmağa müvəffəq oldular. Həmin gənclik adət-ənənəsinə, böyüklərinə hörmət etməyi də bilir. Gəlin gəncliyimizdəki görünməyən tərəfləri görək, onların səhv seçimlərinə səbəb elə biz olmayaq.

Məqalə müəllifi: Quliyeva Sara AVP Media/Redaktor