Qəhrəmanları yaşadanlar

Astara rayonunda bu gün “Qələbəyə gedən yol” layihəsi keçirilmişdir. Layihə iştirakçıları arasında şəhid Kamran Seyfullazadənin bacısı, eyni zamanda AVP Medianın layihə rəhbəri Samirə Seyfullazadə də iştirak edib. Layihədə Aprel döyüşləri barəsində də danışılıb, video-çarx nümayiş etdirilib. Qeyd edək ki, şəhid Kamran Seyfullazadə Aprel döyüşlərinin iştirakçısı olub.
Samirə xanım Zoom platformasında, hər gün şəhid ailələri və qazilərimiz ilə görüşlər keçirərək onları cəmiyyətimizə tanıdır, tez-tez şəhid ailələri ilə görüşüb, dəstək olur. Samirə xanıma və bütün şəhid ailələrinə bol səbr, qüvvət və şəhidlərimizə rəhmət arzu edirik.
Vətən mübarizlərindir!