Nur üzlü şəhdim yeni yaşını istərdimki övladlarımızla birlikdə keçirək sənə həyatda uzun ömür, can sağlığı, üzündən gülüş əskik olmamasını arzulamaq istiyərdim, amma qismət olmadı. Sənlə çox gözəl günlərimiz olub. Sən mənə güclü olduğumu göstərmək və məni yaşatmaq üçün doğulmuşdun. Sənə deyiləsi çox arzularım var. Yarım qalmış arzular.Mənim arzularım istəklərim yarım qalmış olsada sənin övladlarınla birlikdə həyata keçirmək istədiyin arzularının hamısını həyata keçirəcəm. Sənilə həmişə fəxr etmişəm və indi də fəxr edirəm torpaqlarımız uğrunda, vətən uğrunda şəhidlik zirvəsinə ucaldın. Bu gün sənin cənnətdəki 27 əbədilik yaşın olur. Sənə sadəcə bu təbriki edə bilərəm. Cənnətdəki ilk ad günün mübarək, şəhidim.