“Qəbələ” klubu Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Qarabağ”a qarşı keçirdiyi cavab görüşündən əvvəl anlamlı jest edib.

“AVP Media”nın məlumatına görə, qarşılaşmadan öncə Vətən müharibəsində iştirak etmiş qazilərə və şəhid övladlarına hədiyyələr təqdim olunub.

Hədiyyələri “Qəbələ”nin Vətən müharibəsində iştirak etmiş prezidenti Fariz Nəcəfov verib. Əyalət təmsilçisinin hər bir futbolçusu meydana şəhidlərin adları yazılmış forma ilə çıxıb. Sonda komandalar həmin qazilərlə və şəhid övladlarıyla birgə xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, komandalar arasındakı ilk görüşdə “Qarabağ” 3:1 hesablı qələbə qazanıb.