Bu gün Azərbaycan Vətənpərvərlər Partiyasının qərargahında Gənclər Günü münasibətilə partiya sədri Mahmudzadə Elvin tərəfindən partiyada aktiv fəaliyyət göstərən gənclər ilə görüş keçirilmişdir. Gənclərin dövlətimizin , cəmiyyətimizin, eləcə də partiyamızın gələcəyinə böyük töhvələr verəcəyi haqqında geniş müzakirələr aparıldı. Bu özəl gündə Azərbaycan Vətənpərvərlər Partiyasının Gənclər Birliyinin sədri təyin olundu.

Əhmədov Toğrul Qoşqar oğlu – Azərbaycan Dövlət Dəniz Akademiyası’nın 3-cü kurs tələbəsidir. Təhsil aldığı müddətdə aktiv fəaliyyət göstərərək hər zaman fərqlənmişdir. “2 dəqiqlik qısametrajlı film” Müsabiqəsində ölkə birinciliyi, “STEM+” bilik yarışında ölkə 2-ciliyi, “Xəmsə” bilik yarışında Binəqədi rayon birinciliyi və Bakı şəhər üçüncülüyü, “Kim, nə, harada?” bilik yarışında Bakı birinciliyi, “Sabahın Alimləri” müsabiqəsində fərqlənmə və xüsusi təşəkkürnamə, EYOF ( Avropa Gənclər Olimpiya Festivalı) ‘da könüllülük fəaliyyəti ərzində aktiv iştirak , ADDA daxilində keçirilən ” AXDG 160 illiyi” münasibətilə keçirilən İngilis Dilindən Olimpiada” 3-cü yer , Azərbaycan Dövlət Dəniz Akademiyası Media Rəhbəri vəzifəsində fəaliyyəti, orta təhsil aldığı müddətdə “Texniki fənlər” departamentinin sədri, “Pəncə” heyvanlara dəstək fondunun təsisçisidir.