Müharibə bitdimi? Məncə yox. Ortada bəyanatdan başqa heç nə yoxdu. Rusiyanın “sülhməramlıları” var amma buna heç kim sülh müqaviləsi deyə bilməz.Bu bəyanatdan sonra bizim qəhrəman hərbçilərimizdən minaya düşüb şəhid olan da gördük, antiterror əməliyyatı keçirən ordumuz tərəfindən yüzlərlə düşmən hərbçisinin əsir düşdüyü də oldu,bu əməliyyatlar da şəhid olan qardaşlarımızda oldu.Bu oldulardan sonra döyüş şəraitinin bitdiyini demək ağılsızlıq olar.
Biz düşməni öldürmədik amma ağır yaraladıq.İndi də düşmənin sağalmaması üçün çox çalışmalıyıq.Düşməni belə ağır yaralayan ordumuzu isə gücləndirməliyik.Bunun üçün ilk addım şəhid ailələrinə olan diqqət və qayğımız olmalıdır.Elə bir cəmiyyət qurmalıyıq ki,şəhid ailələrinin danışmağa problemi olmasın,ölkəmizdə şəhid ailələrinə olunan diqqət, qayğı, hörmət elə bir həddə olmalıdır ki, müharibə zamanı övladını döyüşdən gizlədən valideynlər utansın.
Şəhidlərimizin şahidi olan qazilərimizədə yanaşmamız dəyişməlidir.Bir-bir onları dinləməli,onların hər zaman yanlarında olduğumuzu hiss etdirməliyik.Dövlətin şəhid ailesinə,qazisinə olan sevgisi,diqqəti, qayğısı cəmiyyət tərəfindən dəfələrlə yüksək ona qayıdacağından kiminsə şühpəsi olmasın!Bu münasibətin əksidə olduğu kimi geri qayıdacağıda aksiomadır.
Bir neçə gündür cəbhədə xidmət aparan hərbiçi qardaşlarımızdan mənə gələn zəng və smslərdə maaşlarının bir qat endirilməsi ilə bağlı şikayətlər daxil olur.Düzdü partiyamızın mətbuat xidməti Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb bu haqda məlumat əldə etdikdə,nazirlikdən rəsmi olaraq “belə bir halın olmadığı” bildirildi.Amma hərbiçilərin kartlarına maaşlar vurulduqdan sonra hər şey aydın oldu.Əldə etdiyim məlumata görə XTQ və pilotların maaşları dəyişməz qalıb.
Ən gülməlisimi deyim,ağlamalısımı deyim bilmirəm, Maliyyə Nazirliyinin açıqlaması oldu.Nazirlik bu əməliyyatın Müdafiə Nazirliyinin ikiqat pul təminatı alacaq hərbi qulluqçuların sayının dəqiqləşdirilməsi üçün həyata keçirildiyini dedi.Əslində Müdafiə Nazirliyinin bunu yoxlaması üçün hansısa xüsusi araşdırma aparmasına ehtiyac yoxdu.Maliyyə Nazirliyinin əslində bu açıqlaması Müdafiə Nazirliyinin ordudan xəbərsiz olmasını göstərir.Müdafiə Nazirliyinin isə bu açıqlamaya hələ ki,cavab verməməsi çox şeydən xəbər verir.
Ümumiyyətlə maaş məsələsi orduda çox ciddi problemlər yarada bilər.Müharibə bitdikdən sonra cəmiyyət hərbiçilərin maaşlarının artırılmasını gözləyirdi.Elə hərbiçilərin özləridə buna əmin idilər.Regionun qalib dövlətinin,qalib ordusu bütün sahələrdə yaxşı mənada fərqlənməlidir.Amma təəssüf ki,belə olmadı.İki nazirliyin birgə apardığı “maaş” əməliyyatı düşmənimizin edə bilmədiyini,etmiş oldu.
Əlbətdə müharibədən sonra maliyyə yükünün azaldılması ilə bağlı addımlar zəruri idi.Amma ilk hərbiçi maaşına göz dikilməməli idi.
2016cı ildə aprel döyüşlərindən sonra cəmiyyətin orduya qarşı olan sevgisi, inamı bu qələbənin bir ili tamam olmamış casusluq qalmaqalı ilə dəyişmiş oldu.Bu dəfə isə orduya xalqın yox elə ordunun tərkibində onların münasibətini dəyişdirmək üzərədir.
Hər nə olur olsun ordu bizim şərəfimiz,qürurumuzdur.Şərəfimizə və qürurumuza ləkə salmaq istəyənlər gec-tez cəzalarını alacaqlar!