Gənclik hər bir millətin inkişafının təməl daşıdır.Ona görə də bir dövlətin inkişafı,millətin mövcudluğu və dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi üçün sağlam gəncliyin olması vacib şərtdir.Gələcəyin etibarlı təminatı,intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır.
Azərbaycanin inkişafina faydalı olmağa çalışan gənclik hər zaman öz üzərinə düşən məsuliyyəti dərk edib.Bu kəsimin vətənpərvər olduğunu xüsusi araşdırma ilə üzə çıxarmağa ehtiyac yoxdur.Əlbətdə bu kateqoriyanın hamısında vətənpərvərlik hissinin olduğunuda demek düzgün olmaz.
Müasir dünyada proseslərin bu qədər sürətlə getdiyi bir vaxtda formalaşan gəncliyin düşüncələrinə təsir edə biləcək çox sayda kənar amillər var.Halhazırkı texnoloji inkişafın səviyyəsində gənclərimizi nəzərdə tutulan təsirlərdən kənar saxlamaq çox çətindir.Amma gənclərimizin əksəriyyəti vətənimizin keçmişinə,bu gününə,gələcəyinə nəinki biganə,hətta öz imkanları çərçivəsində faydalı olmağa çalışırlar.Həm də gənclik hər zaman himayə və dəstəyə ehtiyacı olan bir kəsimdir.Gəncliyimizin yüksək səviyyədə inkişafı üçün ailə,məktəb, universitet və cəmiyyətində üzərinə böyük ölçüdə yük düşür.Gəncliyimizin vətənpərvər olması üçün, milli köklərinə daha bağlanmaları üçün mətbuat,media,televiziya böyük rol oynaya bilər.
Gənclərimizin böyük hissəsi öz birlik və düşüncələrinə hakim olaraq özlərini kənar amillərin təsirindən qoruya bilir,ən azı buna müqavimət göstərə bilir.Amma çox az bir hissəsi bu kənar amillərin təsiri altına düşür və ölkənin mövcud vəziyyətinə də laqeyid yanaşırlar.Bu təəssüf doğuran haldır.Belə halların qarşısının alınması və həmin mənfi təsirlərin aradan qaldırılmasının yeganə yolu yenə də düzgün təbliğatdan keçir.Özəl televiziyalarda və radiolarda əyləncə və şou proqramlarının çoxluğu xüsusi ilə gənc nəsilə böyük təsir göstərir.Ona görə bu işlərə nəzarət edən insanlar,onlara yönəlmiş iradları nəzərə almalı və proqramlara vətənpərvərlik ruhu aşılayan, gənclərin intellektual səviyyəsini artıran verilişlərin çəkilməsinə göstəriş verməlidilər.
Bu gün orta məktəblərdə də vətənpərvərlik hissini artırılması üçün çox işlər görülür amma onu da nəzərə almaq lazımdır ki,biz bundan sonra daha çox bu işlər üzərində işləməliyik,yoxsa bizim zəifləməyimizi istəyən qüvvələr öz arzularına çatacaqlar.
Bu gün ordumuzun silahlanması,təchizat-təminat işlərinin xeyli yaxşılaşdırılması gənclərin hərbi işinə marağını artırdı və onların vətənpərvərlik hisslərinində gücləndirdi.Təsadüfi deyil ki,ordumuzun gücü, xalqımızın vəhdəti,ən əsası gənclərimizin vətənpərvərlik hissinin yüksək olması bizə qələbəni bəxş etdi.Biz bu qələbəni vətənpərvərlərə borcluyuq.
Vətənpərvərlik təkcə vətəni sevmək deyil.Vətənpərvərlik həm də Vətən naminə çalışmaqdır,vətəni qorumağa hər an hazır olmaqdır,onun yolunda fədakarlıq etməkdir,hər bir vətəndaşının uğuruna sevinməkdir.
Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq,qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır,apardığı mübarizədə onda inam hissini gücləndirir.