Qalib ölkənin vətəndaşı sizi salamlayır.
Aydındırki müharibə sonrası müəyyən problemlərimiz var, amma qələbə qazanan xalq bu günləri geridə qoyacaq. Biz bir olduqca çox şeyin üstəsindən gələrik. Gücümüzü terorçu qonşularımız da unutmasın. Həmin “Dəmir yumruq”- u unutmasınlar. İndi bunlarla paralel bir-birimizə əsasda şəhid və qazi aillələrinə qarşı həsas olub, əlimizdən gələn qədər dəstək olmalıyıq. Tarixin şahidlik etdiyi qəhrəmanlarımızı bundan sonra da diqqətdə saxlamalıyıq.
Çox gözəl hadisələrdə baş verib, Qarabağda abadlıq, tikinti-bərpa işləri sürətlə davam edir, telekominikasiya üzrə böyük tədbirlər görülür. Bir sözlə bu il üçün yeniliklər bizi gözləyir.
Biz haqq mübarizəsi aparanda səsimizi eşitməyənlər var idi. Özümüz öz haqqımızı, ədalətimizi bərpa etdik. Onlardan biri də dünyada nə baş versə münasibət bildirən, maraqlarına uyğun olmayanda susan Amerika Birləşmiş Ştatlarında çaxnaşmalar davam edir. Özünü demokratiya nümunəsi kimi göstərən, haqq mübarizəmiz müddətində səssiz olan ABŞ. Biz suveren və multikultral dəyərləri olan xalq olaraq buna sevinmirik. Sadəcə onların Bərdəyə, Gəncəyə, Beyləqana, Tərtərə və s. ə göstərdikləri reaksiyanı göstəririk. Bizə belə göstərişlər ilə nələr isə deməzdən öncə bir özlərinə baxsalar bəlkə baxsalar utanarlar. Biz bunu çox yaxşı bilirik ki, biz bir olduqca çox şeyə qadirik.
Ölkəmin və xalqımı daha gözəl günlərini yaxında görəcəyimin sevinci ilə bu dəfəlik hələlik deyirəm.