Yəqin ki, özünə təmtəraqla ad gün keçirən direktoru hamınız xatırlayırsız. Xatırlayırsız, amma kim olduğunu bilmirsiz. Həmin qadın Nailə Məmmədova tutduğu əməldən peşman olub. Və etdiyi hərəkətlərə görə cəzasını da alıb. Amma bu qadın müharibə dönəmində dövlətin, xalqın yanında oldu. Bacardığı qədər dəstək göstərdi. Mütamadi olaraq qazi, şəhid ailələrini ziyarət etdi. Heç kim pak deyil. Hamı harda isə səhv buraxa bilər. Əsas olan həmin səhvin cəzasız qalmamasıdır. Təbii ki, biz də onun tutduğu əmələ bəraət qazandıra bilmərik. Ancaq bir qadını bu qədər də hədəfə almaq düzgün deyil. Əgər bəzi məmurların hamısını tənqidə tutsaydınız onda güzəranımız daha yaxşı keçərdi. Məmurlara söz demək isə ağır məsələdir. Bu mövzuya gələndə hamı bir addım geri atır. Bunlar bir kənara, bəs, gücümüzü, şanımızı yerə yıxanları niyə yad etmirsiz? 44 günlük əzmimizi bir içki şüşəsinin adına vermək isə lap utanc vericidir. Şüşənin üzərindəki “44”-ü görənlər həmin içkini necə içib əylənəcək? Heç utanmayacaqlarmı? Satanlara isə heç sözümüz yoxdur.
İndi bir çoxları düşünəcək ki, biz də kiminsə təsiri altında bu videonu hazırladıq. Xeyir, sadəcə sizə demək istədiyimiz budur ki, bu hadisəyə göstərdiyiniz reaksiyanı bütün çatışmamazlıqlara göstərəsiniz. Əks halda biz də sizin kiminsə təsiri altında belə reaksiya verdiyinizi düşünə bilərik.

© AVP MEDİA