İndi Novxanıda bağda ailəmlə sıradan bir günü başa vurduq.10dəqiqə bundan əvvəl çox imkanlı hətta deyərdim lap çox imkanlı qonşularımız elə fişənglər göyə atdılar ki, ermənilərin Gəncəyə, Bərdəyə, Tərtərə atdıqları raketlər qələt edərdi bunların yanında.Hansı həyətdən atdıqlarınıda gördüm.O həyətdən ki,darvazalarının üstündən iki böyük bayraq asanlar, müharibə zamanı maşınlarının şüşələrinə “şəhidlər ölməz,vətən bölünməz” şəkilləri vuranlar, 10noyabrda darvazalarının üzərindəki bayraqlarını götürərək şəhərdə dövrə vuraraq “Qarabağ Azərbaycandır” qışqıranların həyətindən.
Məncə onların günahlarına girirəm. Çünki evdə uşaqları var və uşaqlarının üzü gülsün deyə,onlar stres kecirməsinlər deyə ediblər…

Azərbaycan Vətənpərvərlər Partiyasının sədri Elvin Mahmudzadə