Həmrəylik günü münasibətilə Azərbaycan Vətənpərvərlər Partiyası və AVP Media kollektivi Şəhidlər Xiyabanını ziyarət edib. Ziyarət zamanı məzarların üzərinə çiçəklər qoyulub və dualar oxunub. Partiyanın sədri Elvin Mahmudzadə şəhidlərimizi ziyarət edən hər kəsə təşəkkür edib. Şəhidlərimizi daim anmaq borcumuzun olduğunu vurğulayaraq gənclərə vətənpərvərlik hisləri haqqında danışıb. Partiyanın sədri şəhidlərimizin yaxınlarına baş sağlığı verib. Ziyarət zamanı milli qəhrəmanımız Polad Həşimovun qardaşı İlham Həşimov da vətən və şəhidlik zirvəsi haqqında öz fikirlərini səsləndirib. Sonda şəhidlərimizin ruhu sükutla yad edilib.