Qazi kimdir? Qazi bir Qəhrəmandır! Qazi canını və gəncliyini dövləti üçün fəda etmək üzrə müharibə meydanına qarşılıqsız gedəndir. Döyüşə gülərək gedən qəhrəman əsgərlərimiz düşməni qarşısından qovaraq vətənimizin ayrılmaz hissəsi olan Qarabağı geri aldılar. Bu mübarizədə şəhidlik onlar üçün ən uca zirvə idi. Məhz bu amalla düşmənin üzərinə gedən əsgərlərimiz nə şəhid olmaqdan, nə də qazi olmaqdan çəkinmirdilər. Onlar üçün bu yol şərəf yolu idi, xalqımızı doğma yurd-yuvasından qovan düşmənə laiqli cavab idi. Müharibə bitdikdən sonra bu torpaqların geri alınmasında əməyi olan qazilərimizi gördükdə onlara qarşı bir başqa hiss duyğu yaranır. Doğma Vətən torpağını qoruyan, canından, qanından keçməyə hazır olub vətənin azadlığı uğrunda qazi olan qəhrəmanlarımızı gələcək nəsillərə örnək göstərməklə qazinin kim olduğunu gənclərimizin vətənpərvər ruhda tərbiyyə olunmasında bir addım atmış olarıq. Qarabağı kim olduğunu xatırlamayan, qulaqları, dili batan oğullar aldı. Qarabağı biz isti evimizdə yatarkən döşəyi vətən torpağı, yastığı vətən daşı olanlar aldı. Qarabağ bizlərdən çox onların haqqıdır. Haqqınızı halal edin.

AVP MEDIA – aparıcı Güllü İsayeva