Ölkəmizdə siyasi partiyadan söhbət açanda nədəndirsə, xoş təssürat bağışlamır. Yəqin ki, bunun tək səbəbi insanların söhbəti aparılan partiyalardan xəbərsiz olmasıdır. Partiyaların hər birinin ayri ideyası, ayrı fəaliyyəti olduğundan məlumatları yoxdur. Düzdür, bəzi səbəblərdən dolayı bir çox siyasət, siyasi partiya və digər qurumlardan özlərini uzaq tuturlar. Ancaq hansısa bir partiya ictimai-siyasi hadisələrdə öz xeyrinə sui-istifadə edirsə, yaxud, hər hansı bir lazımsız bir hərəkatın iştirakçısıdırsa, bunu digər partiyaların da boynuna yazmaq olmaz. Ölkədə bu halların öz rifahı üçün istifadə etmədən xalqa köməklik göstərməyə çalışan partiyalar da mövcuddur. Bu partiyalardan biri “Azərbaycan Vətənpərvərlər Partiyası”-dır. Partiya 1994-cü ilin oktyabrın 12 -də təsis edilib. İlk sədri Hamlet Talıbov olub. Məhz bu partiyanın da əsas prinsipi xalqa xidmət etmək, ehtiyacı olan həmvətənlərə yardımçı olmaqdır. Adından göründüyü kimi partiyanın idealogiyası vətənpərvərlik hisləri ilə bağlıdır. Partiyanın üzvlərinin məqsədi vətənpərvərlik hisslərinin ən ülvi və ən müqəddəs hiss olduğunu cəmiyyətə çatdırmaqdır. Partiya müəyyən səbəblərə görə bir müddətlik fəaliyyətini dayandırsa da, 2015-ci ildə “20 Yanvar” faciəsi zamanı şəhid olmuş Larisa Məmmədovanın atası Fərman Məmmədovun rəhbərliyi ilə yenidən aktiv fəaliyyatinə başlamışdır. Fərman Məmmədov eyni zamanda, “Azərbaycan Vətənpərvərlər Partiyası”-nın təsisçilərindən biri olmuşdur. Səhhəti ilə bağlı yaranmış vəziyyətlə əlaqədar olaraq partiyanın səlahiyətlərini daxili nizamnaməyə əsasən partiyanın 2019-cu ildən ictimai əlaqələr şöbəsinin sədri olan Elvin Mahmudzadəyə təhvil vermişdir. Elvin Mahmudazdə 2020-ci il sentyabr ayının 18-dən “Azərbaycan Vətənpərvərlik Partiyası”-na sədrlik edir. Partiya hər zaman olduğu kimi vətənpərvərlik hisləri ilə fəaliyyətinə davam edir. Bu gün partiyanın ən ali məqsədi istər birinci Qarabağ döyüşlərində iştirak edib şəhid olmuş qəhrəmanlarımızın, istərsə də ikinci Qarabağ döyüşlərində iştirak edib ərazi bütövlüyümüzü bərpa edən qardaşlarımızın unudulmaması, onlardan bizə əmanət qalan ailələrinin daim yanında olmaq və problemlərinin həlli yolunda işlər görməkdir. Partiya yarandığı gündən bu günə qədər Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə öz sıralarından da şəhid, qazi vermişdir. Yeni aktiv fəaliyyətinə başlayan “Azərbaycan Vətənpərvərlər Partiyası”-nın üzvləri ikinci Qarabağ müharibəsində də ön cəbhədə döyüşlərdə könüllü olaraq iştirak etmişdilər. Elvin Mahmudzadənin rəhbərliyi ilə partiyanın bütün əməkdaşları hər iki döyüşlərdə qazi olan qəhrəmanların lazım olanda itirilmiş qolu, fəda verdikləri ayaqları, vətən yolunda qurban verdikləri, görəcək gözləri olmağa daim hazırdırlar. Vətənpərvərlik hissi güclü olan cəmiyyətdə problemləri həll etmək də çətin olmur. Çünki məsələ vətəndirsə , gerisi təfərrüatdır. “Azərbaycan Vətənpərvərlər Partiyası”-nın əsas missiyası hər zaman ölkədə baş verən problemlərə üsyankar yox, bir vətənpərvər kimi həlli yollarını hakimiyyətə çatdırmaq olacaqdır.