Allah, vətən və millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth elədiyi ən yüksək, şərəfli zirvədir şəhidlik. Canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb qanı ilə yazanlardır şəhidlər. Məhz onların canı və qanı hesabına qazandıqları azadlıq və müstəqillik xalq tərəfindən heç vaxt unudulmur. Ona görə ki, şəhidlər xalqın kimliyini, mənliyini qoruyan insanlardır. Onlar bir xalq qəhrəmanı olaraq zəncirləri qıraraq, zülmətləri yararaq,30 illik “Yenilməz erməni ordusu”adı altında dünyaya car çəkən erməni xəyallarını 44 gün ərzində puç edən, xalqı işıqlı sabaha aparan, ölümləri ilə ölməzlik qazanan əbədiyyətə qovuşmuş bəxtiyar insanlardır.Şəhidlər unudulmur! Biz bu dərdi, bu qəmi daima qəlbimizdə saxlayacağıq. Ancaq eyni zamanda bu şəhidlərin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnək olub. Bundan sonra da örnək olacaqdır. Mən tam əminəm ki, Azərbaycanın bu günkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, respublikamızın müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər.Keçirdiyimiz hər gün tarixə dönür. Tarixə yazılan günlərin hamısı yadda qalan olmur. Elə günlər var onlar unudulub gedir, elələri də var ki, onlar heç vaxt unudulmur, yaddan çıxmır. Ömür yolunu müəyyən müddət sonra başa vuracağıq. Bu mənada insanın dünya həyatına ən gözəl şəkildə əlvida deməyinin adıdır şəhid olmaq.
30 illik həsrətin və intizarın sonunda biz Canımızdan can verərək Şəhid verdik . Ailə, Sevgi, yarım qalan ümid, minlərlə Atasız qalan Övlad və minlərlə ruhən həyatdan köçmüş Ana, Ata… Haqqınızı heç cür ödəyə bilmərik. Haqqınızı halal edin. Qarşınızda baş əyirik

AVP MEDİA Aparıcı Güllü İsayeva