Vətən müharibəsində qəhrəmancasına döyüşərək yaralanan qazimiz Orxan Həsənov.
Həsənov Orxan Həsən oğlu 1988-ci ildə oktyabr ayının 9-da Beyləqan şəhərində anadan olub.
Vətən müharibəsinə qatılaraq Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının azad olunması istiqamətində gedən döyüşlərdə döyüşüb. Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə isə qəhrəmancasına vuruşaraq yaralanıb. Döyüş zamanı qazimizin bir gözü yaralanıb, digər gözünü isə itirib.
Vətən uğrunda gözünün nurunu itirən qardaşımızla fəxr edirik. Bu gün biz hamımız onun gözü olmağa borcluyuq. Qazimizin digər gözü əməliyyat olunmalıdır. Bunun üçün isə qardaşımızın köməkliyə ehtiyacı var. Ölkə rəhbərliyinin qazimizin sağlamlığına qovuşması üçün lazımı yardımın göstərəcəyinə əminik. Biz də “AVP MEDİA” olaraq bunu nəzərimizdə saxlayacağıq.