Şəhidlik zirvəsinə yüksələn qardaşlarımızın xatirəsini uca tutmaq, onları daim anmaq bizim borcumuzdur. Vətənpərvərlik hisləri ilə fəaliyyət göstərən AVP MEDİA komandası olaraq biz də öz öhdəmizə düşəni qismən də olsa, yerinə yetirməyə çalışırıq. Şəhid ailələrini yad etməyi, onlara başsağlığı verməyi özümüzə borc bilirik. Hər qonaq olduğumuz ailədən qəhrəman qardaşlarımızın hər hansı bir əşyasını “əmanət” olaraq götürürük. Bu əmanətlər bizim üçün çox müqəddəsdir. Onları göz bəbəyimiz kimi qoruyacaq, və bütün qardaşlarımızın xatirəsini əbədiləşdirmək üçün onlardan “vətənpərvərlik guşəsi” yaradacağıq. İgid şəhidlərimiz həmişə bizim ürəyimizdədir. Və onları xatırlamamağımız mümkün deyil.

Bu işlə bağlı AVP MEDİA-ya və Partiyanın Gənclər Təşkilatının sədrinə işlərin icrasına ait tapşırıqlar verilib