Qazimiz Bahadur Talıbov döyüşə getməmişdən əvvəl ailəsinə məktub yazır. İgid qardaşımız girdiyi döyüşdə qəhrəmancasına vuruşur və yaralanır. Daha sonra sağ-salamat ailəsinin yanına qayıtmaq ona nəsib olur. Biz Bahadur qardaşımızın timsalında bütün qəhrəman oğullarımızla fəxr edirik.

Qazimizin ailəsinə yazdığı məktubu təqdim edirik:

“Əziz anam, bacılarım əgər bunu oxuyursuzsa, demək ki, vətən sağ olsun. Mənim gözəl anam, sən məni vətənpərvər kimi böyütdün. Hər zaman vətənimiz, bayrağımız qeyrətimiz olduğunu mənə öyrətdin. Mən də vətənimi, qeyrətimi qorumağa gedirəm. Əgər geri qayıtmasam, bil ki, oğlun şəhid olub. Anam, heç vaxt ağlama. Belini bükmə, başını dik tut və fəxr elə. Bacılarım sənə, səni də Allaha əmanət edirəm”.