Azərbaycan Vətənpərvərlər Partiyasının sədri Elvin Mahmudzadə yeni təklif irəli sürüb:
“Təklif edirəm 2783 qısa nömrəsi olsun.Hər bir vətənpərvər,şəhid,qazi dəyərini anlayanlar öz balanslarından imkan daxilində yardım etsinlər.Əminəm ki, “Vətən müharibəsində” iştirak edən qardaşlarımızın ailələrinə və özlərinə necəsə yardım etmək istəyən həmyerlilərimiz var.Birliyimizlə düşməni məhv etdiyimiz kimi, birliyimizlə də bundan sonra da bu ailələrin bütün problemlərini birgə həll edə bilərik.Dövlətimiz sosial problemlərin həllində yenə də əlindən gələni edəcək.Biz də bu prosesdə fəal iştirak etməliyik.Bu dövlət də,bu dövləti var edən şəhid də, şəhidlərin şahidi qazilərimizdə bizimdir!Bizim olana hər zaman sahib çıxmalıyıq”.