İşğaldan azad olunmuş torpaqlarımızdan erməni daşnaqları yavaş-yavaş çıxarılmaqdadır. Bu mənfur tayfa necə alçaq olduqlarını sonuna kimi sübut edirlər. Əllərinə keçəni talayıb özləri ilə birlikdə aparırlar. Otuz ildir taladıqları azmış kimi. Qızıl mədənlərimizi yağmalıyıb özləri üçün qurmadıqları biznes qalmayıb. Tarixi abidələrimizi dağıdılıb, viran qoyublar. Həmin tarixi abidələr ki bizim ulu babalarımızın izlərini daşıyır. Onlarda şanlı tariximizin yaddaşı var.
Necə deyərlər, yeməklə doymayan, yalamaqla doymaz. Bu alçaqların gözü heç vaxt doyan deyil. Nə görsələr, bizimdir deyəcəklər. Gedəndə dirəkləri aşırır, evləri yandırıb sonra gedirlər. Sizin donuz iyi verdiyiniz daxma nəyimizə lazımdır ki? Bizim hökumətimiz, onsuz da, o yerləri abadlaşdıracaq, yenidən dirçəldəcək. Qarabağımız çiçək ətri qoxacaq.
Bütün bu hadisələr əsasında “Biz və Bizim dağlar” abidəsi adamın fikrini qarışdırır. Mənfurlar özününki hesab etsə də, buradakı dağlar biz azərbaycanlıların dağlarıdır. Bu torpaqlar bizim torpaqlarımızdır. Elə bu abidə də bizimdir. Çünki, bizim maddi sərvətimiz əsasında tikilib. Nə olsun ki, memarı ermənidir? Bilmək olmaz, bəlkə, onun da layihəsi hansısa türk sənətçisindən oğurlanıb. Ağılsız tayfanın çarəsi olsa, yəqin bu abidəni də özləri ilə apararlar. Məncə, onların əsl tarixi abidələri olan “unitazları” özləri ilə aparmaqları kifayət edir. Başqa heç nəyə ehtiyac yoxdur.

AVP MEDİA | Əhlim Sadıqbəy