90-cı illərdən fərqli olaraq II Qarabağ müharibəsinin qələbə ilə bitməsi ordumuzun gücünü xalqımızın mərdliyini göstərməsi ilə yanaşı düşmənlə olan bir sıra fərqimizi də ortaya çıxarmış oldu. Hərbi baxımdan düşməndən üstün olmağımız eyni zamanda qələbəyə köklənmiş əsgərlər bunu cəbhədə sübut etdi. Bütün bunların timsalında isə psixoloji baxımdan düşməni üstələyən Azərbaycan xalqının dəyanətli olması və öz əsgərinə istənilən dəstəyi göstərməyə hazır olduğunu dəfələrlə sübut etməsi düşməni vahiməyə salmışdı. Məhz bunun bariz nümunəsi kimi cəbhə bölgəsində Şanlı Azərbaycan əsgəri ilə qarşılaşan düşmən silahlarını ataraq mövqelərini tərk etdi. Döyüşə minlərlə könüllü olaraq yollanan Azərbaycanın qəhrəman oğulları düşmənə sarsıdıcı zərbələr vurmuşdur. Bunun nəticəsi olaraq isə cəbhədə ağır məğlubiyyətə uğrayan erməni əsgərlərinin psixi baxımdan gərgin vəziyyətdə olması səfərbərlik elanı ilə döyüş bölgəsinə göndərilən digər şəxslərin kütləvi şəkildə fərarilik etməsinə gətirib çıxardı. Elə bu hallarda düşmənin məğlubiyyətinin əsas səbəbi oldu. Eyni zamanda onların həlak olan əsgərlərinin anları buna etiraz etdiyi halda bizim şəhid anaları bununla fəxr edirki belə qəhrəman övladları var.

AVP MEDİA Müxbir Elşən Məmmədov