Yaşadıq… “30 ildir” deyilən o tarixin bir hissəsini. “O vaxtlarda qaldı elə” ,”sən görmədin o illəri” – cümlələrini eşitdik. Azərbaycan əsgəri, sən 30 illik tarixin 20 ilini yaşayan bir gəncliyə görmədiyi o cənnəti, daima titrəyən qəlbinə o sevinci yaşatdın. Adını eşitdiyimiz Cıdır düzü, həmişə fikirləşdiyimiz Şuşa məscidi artıq bizim dediyimiz kimi bizimdir. Artıq onları görmək bizim üçün çətin arzu olmayacaq. Şuşanı görməyən igidimiz, Cəbrayılda addımı olmayan qardaşlarımız, siz vətəni görmədən sevməyi, vətəndən nə qədər uzaqda olsa da, nə qədər doğma olduğunu göstərdiniz. Siz bu qələbəni qanınızla yazdınız. Siz Azərbaycan əsgərləri, əsrin qələbəsini qazandınız. Bu yolda canınızdan keçdiniz. Siz vətənin rifahını özünüzdən üstün tutub ölümə addım atan qəhrəmanlarsınız. Şəhidlik uca zirvədir və siz qəhrəman şəhidlər bu qələbəyə gedən yolda o zirvəyə ucaldınız. Şəhidin şahidləri, siz isə canlı qəhramanlarsınız. Şanlı Qəhrəmanlarımız dağ bizim, zirvə isə sizindir.

AVP MEDIA layihə meneceri Əli Hüseynli