Düşünürəm ki, Vətənpərvər olmurlar Vətənpərvər doğulurlar. Bu Vətən sevgisi mənə qandan gəlir. Mənim atam İsayev Umud Uğur oğlu Qarabağ müharibəsində iştirak edib. O, hərbi hissənin tərkibində Tərtər, Cəbrayıl, Ağdam döyüşlərində istirak edib. 1993-cü ilin dekabrında Ağdam rayonunda ayağından və qolundan ağır güllə yaraları alaraq Qarabağ əlili olur. Balacalıqdan Qarabağ əlilinin, Şəhidin nə demək olduğunu mənə dərs kimi öyrədərək başa salırdı. Mənə döyüş xatirələrində  necə döyüşdüyündən, ordumuzun gösdərdiyi qəhrəmanlıqlardan, öz gözünün qarşısında döyüş yoldaşlarının qəhrəmancasına həlak olduğundan danışırdı. Bu da mənim qəlbimdə müəyyən hisslər oyadırdı. Və artıq zaman keçdikcə mən özüm də döyüşlərin gedişatı zamanı qardaşlarımızın Şəhid olduğunu gördüm. Şəhid analarını gördüm və artıq yavaş-yavaş mən özüm də başa düşdüm ki, Şəhidlik zirvəsi nə qədər müqəddəs bir zirvədir. Düşmən qarşısında inamla dayanıb, Vətənimizi, torpaqlarımızı qoruyarkən şəhid olan igidlərimizi də gördükdə hislərimə qapılaraq belə bir düşüncəyə gəldim: Şəhidlərimizi Tanıdaq və Tanıtdıraq. Unutmayaq və Unutdurmayaq. Bunun üçün də hər gün bir şəhidimizi tanıtdırmaq məqsədi ilə  bir vidyo çarx hazır etməyi özümə borc bilirəm.Şəhidlərlə bağlı arzu etdiyim bu işi AVP MEDIA komandasında reallaşdıra biləcəyimi gördüm. Özümü daha rahat hiss etdim bu kollektivdə. Çunki kollektivdə bir çox Şəhid övladları, Qazi qohumları olduğuna görə burada işlərimi davam etdirməyi düşündüm. ŞƏHİDLƏRİMİZİ TANIYAQ və TANITDIRAQ! UNUTMAYAQ və UNUTDURMAYAQ!

AVP MEDIA. Aparıcı : Güllü İsayeva.