Deyəsən, bu millət dejavu yaşayır. Ötən əsrin əvvəllərində də belə olmuşdu axı. Zəfər. Müstəqillik. Və çox da uzun sürə bilməyən sevincimiz. Yenə də, yenə də eyni hal. Bizə nə qədər dırnaqarası yaxşılıqlar edir şimal qonşumuz. Əvəzin ödəyə də bilmirik. Bu gün də rus ordusu bizim torpaqlarımızdadır. 28 ildən sonra yenə Qafqazı ələmi keçirməyə hazırlaşırlar, görəsən ? Bu gün bir tərəfdən sevinən millətimin digər tərəfində qorxuya bənzər qəribə bir hiss var. Erməni dığalarından yaxa qurtardığımız üçün necə rahatlamışdıq. Onları düşmən adlandırmaq yerinə düşməz. Bu “milçək sürüsü” kimdi ki, biz onu düşmən, rəqib görək. Onları bir neçə saatın içində biçən şanlı ordumuz var. Və biz bunu dəfələrlə sübut etmişik. Düşmən? Bəs kimdir bizim düşmən? Gəlin bütün tarixi vərəqləyək. Orta əsrlərdə yaranmış türk dövlətlərimizi kim idi qaçdı qovduya salan? Deyəsən, rus slavyanları idi axı. Nadir imperiyasının üstünə kölgə salan, xanlıqlarımızı bir-bir oğurlayan, sonra da farslarla birlikdə bizi iki yerə ayıran rus deyildimi? Rəsulzadənin bayraq qaldırdığı hökuməti viran qoyan kim idi? Erməni milçəklərini Qarabağa soxuşduran kimlər idi? Xocalı qırğınını kim idi icra edən? Şübhəsiz ki, bunlar ermənilər deyildi. Əlində silah olmayan, ağlı havada uçan üç-dörd erməni səfehi bizə nə edə bilərdi axı? Heçnə. Bu məqamda “yaxşılıq sevər” şimal qonşumuz yenə öz xeyirxahlığından geri qalmamışdı. Bu da bir yana dursun. Bəs, yanvar gecəsi edilən qırğın? Heç bir səbəb olmadan xəbərsiz paytaxta girmək nə idi? Yüzlərlə insansın üzərinə tank sürmək nə idi? Ev-eşiyi, pəncərələri, avtomobilləri atəşə tutmaq nə idi? Bu millət bu müsibətləri çox gözəl xatırlayır. Ona görə də bu gün yalandan sülh adıyla Qarabağa qaçan ruslara inanmırlar. Tarix boyu hər dəfə yalan danışmış birinə güvənməyi bizdən gözləməyin.

AVP MEDIA. Baş redaktor : Əhliman Sadıqov