Əziz xalqım və dəyərli, vətənpərvər millətim. Sizləri tariximizin, mədəniyyətimizin incisi olan, Qarabağın ürəyi,hər birimizin qeyrət simvolu olan Şuşa şəhərinin düşmən tapdağından azad olunması və daim ucalarda dalğalanması üçün canımızı düşünmədən qurban verməyə hazır olduğumuz , müqəddəs üç rəngli bayrağımızın bayram günü münasibətilə təbrik edirəm. Bu gündən etibarən düşmənlərimizin zərrə şübhəsi olmasın ki, zirvələrə qanımız bahasına sancdığımız bayraqları endirə bilər. Biz dünəndə bu bayraq uğrunda ölümün üzünə dik baxaraq getdik, bu gündə gedirik, lazım olsa sabahda gedəcəyik. Şuşanın alınması düşündüyümüzdən də çətin oldu. Digər işğaldan azad olunmuş şəhərlərdən qat-qat çətin. Biz Şuşanı dronlar hesabına yox, qeyrətli, igid qardaşlarımızın qanı,canı hesabına azad etdik. Bu qələbəyə görə hər birimiz bir ömür şəhidlərimizə, qazilərimizə, onların ailələrinə borcluyuq. Şəhidlərimizin ruhu qarşısında baş əyirik, analarımızın əllərindən öpüb, üzr istəyirik. Bagışlayın bu sevincimizə görə.

Yaşasın güclü, qüdrətli ordumuz!

Yaşasın bu qələbənin meyyarı olan ali baş komandanımız İlham Əliyev!

Yaşasın bu qələbəyə və sevincə layiq olan Azərbaycan xalqı!

Tərtib etdi : Davud Naib