Bütün Azərbaycan xalqını və Qubadlı sakinlərini təbrik edirəm. Qubadlının işğaldan azad olunması təkcə rayonumuzdan düşmənlərin qovulması deyil, həmdə Qubadlı uğrunda, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən yüzlərlə şəhidlərimizin qisasının alınması deməkdir. Qubadlı deyəndə bizim ağlımıza düşmənə öz igidləri ilə qan udduran Qaçaq Nəbi gələr, bir kişi qədər qorxmaz,cəsur Həcər canlanar gözümüzün önündə.


      Birinci Qarabağ döyüşlərində Qubadlı igidləri sonadək düşmənə qan uddurdular.Qubadli Azərbaycana 10 Milli qəhrəman bəxş etmişdir. Hansı ki, hər biri ayrı bir tarixdir. Əliyar Əliyevin bir gündə 300 ermenini məhv etməsi düşmənlərimizə böyük zərbə olmuşdu. Ağayev Bəylər, Atakişiyev Aslan, Axundov Səfa, Əliyev Ələkbər, Kərimov Kazımağa, Məmmədov Aqil, Mirzəyev Kərəm, Əliyev Vasili, Cəbrayılov Fəxrəddinim düşmənin qorxulu röyası olub. Amma igidlərimiz düşmənə gücdə yox o dövürdəki məlum hadisələrə qurban oldular.
     Atəşkəsdən sonrada Qubadlının igid oğulları ərazi bütövlüyümüz uğrunda müxtəlif vaxtlarda şəhid olaraq bizə işğal olunmuş ərazilərin necə qiymətli və unudulmaz olduğunu bildirdilər. Ordumuzun komandanlığında da yüksək rütbəli Qubadlı igidləri daim xidmət edərək bayrağımızın enməməsi üçün, vətənin dar vaxtında ona canını qurban vermək üçün öz biliklərini gənc əsgər və zabit heyətinə həvəslə öyrədən General və polkovniklərimiz olub. 2016-cı ildəki aprel döyüşündə Lələtəpənin alınmasında igidlik göstərən və sağlığında Milli Qəhrəman adina layiq olan Şükür Həmidov, tank üstündə əsgərləri ilə düşmənin üzərinə gedərək yüzlərlə ermenini məhv edən və General Mayor rütbəsinə yüksələn Mais Bərxudarovda yuxarıda sadalanan igidlərin davamçılarıdır.
      İkinci Qarabağ döyüşündə düşmənə çoxlu sayda itgi verən və öz ata-baba torpağında şəhid olan, Milli Qəhrəman Şükür Həmidovun yoxluğu hər bir Qubadlılı kimi mənidə çox üzdü. Amma illər əvvəl öz komandirinin, Milli Qəhrəman Əliyar Əliyevin əsgəri olan Mais Bərxudarovun qisas hissi və Qubadlının azad olunması üçün apardığı mübarizə hər birimiz üçün bir vətənpərvərlik stimuludur.
      Dünən hər birimiz, Fizulili, Cəbrayıllılı,Zəngilanlı idik. Bu gün isə hər birimiz Qubadlılıyıq.Allahın izni ilə sabahda hər birimiz Laçınlı, Kəlbəcərli, Xocalılı, Şuşalı, Ağdamlı, Xankəndili olaraq işğaldan azad olunmasının bayramını qeyd edərik. Sonda bu sevinci bizə bəxş edən güclü və cəsur ordumuza, birlik və həmrəy olan xalqımıza, qətiyyətli və uzaq görən ali baş komandana Allahdan güc və qüvvət arzu edirəm. Yaşasın Azərbaycan!